Məhəmməd Muradlı vahid lider olub

Xəbərlər
2 May 2025 00:07
715
Məhəmməd Muradlı vahid lider olub

“Baku Open” şahmat festivalında dördüncü turun oyunları keçirilib.

İdman.biz xəbər verir ki, maksimum nəticə göstərən Məhəmməd Muradlı vahid lider olub.

Azərbaycanlı qrossmeyster bu turadək 100 %-lik göstəricən hindistanlı S. Asvata qalib gəlib. Murad İbrahimli, Xəzər Babazadə, Misrəddin İsgəndərov və Aydın Süleymanlı öz partiyalarını heç-heçə ilə başa vurublar.

"Baku Open"in mükafat fondu 55 min dollardır. Yarışda 16 ölkədən 700-ə yaxın şahmatçı çıxış edir.

Dördüncü turun ən maraqlı oyunları:

Məhəmməd Muradlı – S. Asvat (Hindistan) - 1:0
Aleksandr İnciç (Serbiya) – Mixail Brodski (Ukrayna) - 1:0
Murad İbrahimli – Baadur Cobava (Gürcüstan) - 0,5:0,5
Aditya Mittal (Hindistan) – Roman Şoqciyev (FIDE) - 0,5:0,5
Xəzər Babazadə – Misrəddin İsgəndərov - 0,5:0,5
Aydın Süleymanlı – Jiancun Ksie (Çin) - 0,5:0,5

Üç turdan sonra turnir cədvəlinin üst sıralarında qərarlaşanlar:
1. Məhəmməd Muradlı - 4 xal, 2. Aleksandr İnciç (Serbiya) 3. Xəzər Babazadə, 4. Murad İbrahimli, 5. S. Asvat (Hindistan), 6. Misrəddin İsgəndərov, 11. Raed Səmədov - hərəyə 3 xal...

İdman.biz