Avropa Kuboku yeniyetmə cüdoçular üçün çox vacibdir.
İdman.biz xəbər verir ki, "Report" xəbər verir ki, bunu gənclər və idman naziri Fərid Qayıbov deyib.
O, Qubada keçirilən yarışla bağlı fikirlərini bölüşüb: "Uğurlu siyasət nəticəsində Azərbaycan dünyada idman mərkəzinə çevrilib. Bu həftə ölkəmizdə üç beynəlxalq turnir gerçəkləşib. Cüdo üzrə Avropa Kuboku ilk dəfə təşkil olunmur. İdmançı sayı ildən-ilə artır. Bu, kifayət qədər uğurlu alınır. Quba Olimpiya Kompleksində də hər bir şərait yaradılıb".
Qeyd edək ki, bu gün start verilən Avropa Kuboku mayın 4-də başa çatacaq.
İdman.biz