Fərhad Rəcəbli: “Cüdo uzun zamandır həyatımın bir parçasıdır”

26 Oktyabr 2026 17:55
109
Fərhad Rəcəbli: “Cüdo uzun zamandır həyatımın bir parçasıdır”

“Azərbaycanın veteran cüdoçusu Fərhad Rəcəbli (90 kq) Portuqaliyanın Portiman şəhərində keçirilən Avropa çempionatında qızıl medal qazandığı üçün qürurludur”.

Bunu veteranlardan ibarət yığmanın üzvü və baş məşqçisi deyib.

O, 12-ci dəfə Avropa çempionu olmasının qürurverici olduğunu bildirib.

“Cüdo uzun zamandır həyatımın bir parçası olub. Bu idman növünə sevgim mənə uğur qazandırır. 12-ci dəfə Avropanın ən güclüsü olduğum üçün qürurluyam. Gücümüzün yetdiyi yerə qədər mübarizə aparacağıq”, - deyə o report.az-a açıqlamasında söyləyib.

67 yaşlı mütəxəssis yığmanın ümumi çıxışına toxunub:

“Əslində, Avropa çempionatı növbədənkənar oldu. Normalda qitə birinciliyi mayın sonu və ya iyunun əvvəlində keçirilirdi. Bu səbəbdən yığmaların hazırlıq prossesində müəyyən problemlər var idi. Nəzərə almaq lazımdır ki, dünya çempionatının bitməsindən cəmi 1 ay sonra Avropa çempionatı start götürdü. İdmançıların ardıcıl iki yarışa hazırlaşması fiziki cəhətdən çətin idi. İlk dəfə veteranlar arasında tatami üzərinə çıxan idmançılarımız oldu. Yer tuta bilməsələr də, qələbələr qazandılar. Onların çıxışlarından çox razıyam”.

Qeyd edək ki, Azərbaycan millisi Avropa çempionatına 14 nəfər idmançı ilə qatılıb. Yığma yarışı bir qızıl, iki gümüş və bir bürünc medalla 13-cü sırada bitirib.

İdman.Biz
Məqalədə: