Ne-vaza üzrə ACF Kubokuna start verildi: ilk gündə 198 cüdoçu yarışıb - FOTO

25 Oktyabr 2026 19:45
98
Ne-vaza üzrə ACF Kubokuna start verildi: ilk gündə 198 cüdoçu yarışıb - FOTO

Azərbaycan Cüdo Federasiyasının (ACF) təşkilatçılığı ilə U-17 yaş kateqoriyasında yeniyetmələr arasında ne-vaza üzrə ACF Kuboku başlayıb. Yarışın ilk günündə qızlar və oğlanlar arasında ümumilikdə səkkiz çəki dərəcəsində medalçılar bəlli olub.

İdman.Biz xəbər verir ki, oktyabrın 25-də Abşeron Olimpiya İdman Kompleksində start götürən turnirin ilk günündə 198 cüdoçu mübarizə aparıb.

Qızlar arasında 40, 48, 57 və 70 kq, oğlanlar arasında isə 50, 60, 73 və 90 kq çəki dərəcələrində qaliblər müəyyənləşib.

Qızların yarışında Sunay Salamova (40 kq), Nigar Heydərzadə (48 kq), Sunay Məcidova (57 kq) və Zümrüd Əliyeva (70 kq) qızıl medal qazanıblar.

Oğlanlar arasında isə Məhəmməd Səfərov (50 kq), Muhəmməd Səttarov (60 kq), Ruslan Əsgərov (73 kq) və Musa Kəramətzadə (90 kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.

Qeyd edək ki, ne-vaza cüdoda yerüstü (parter) mübarizəni əhatə edən texnikalar toplusudur. Bu istiqamət üzrə məşqlər idmançıların parterdə hücum və müdafiə bacarıqlarını inkişaf etdirməyə, müxtəlif taktiki vəziyyətlərə uyğunlaşmasına xidmət edir.

İdman.Biz