Azərbaycanın U-23 Avropa çempionatı üçün heyəti açıqlandı

27 Oktyabr 2026 18:19
107
Azərbaycanın U-23 Avropa çempionatı üçün heyəti açıqlandı

Azərbaycanın İtaliyanın Neapol şəhərində keçiriləcək U-23 Avropa çempionatında iştirak edəcək cüdoçularının adları müəyyənləşib.

İdman.Biz xəbər verir ki, oktyabrın 30-dan noyabrın 1-dək davam edəcək yarışda ölkəmizi beş çəki dərəcəsində səkkiz idmançı təmsil edəcək.

60 kq çəkidə Murad Muradlı və Babarəhim Mirzəyev, 66 kq-da Nizami İmranov və İslam Rəhimov, 73 kq-da isə Əbil Yusubov və Mehdi Cəfərov tatamiyə çıxacaqlar.

100 kq çəki dərəcəsində Əjdər Bağırov, 100 kq-dan yuxarı çəkidə isə Kənan Nəsibov mübarizə aparacaq.

Cüdoçularımıza kişilərdən ibarət milli komandanın baş məşqçisi Riçard Trautman, böyük məşqçi Elxan Məmmədov və məşqçi Əbdülhəqq Rəsullu rəhbərlik edəcəklər.

İdman.Biz