“Çelsi”dən darmadağın, “Fiorentina” İspaniyada uduzub - YENİLƏNIB - VİDEO

Xəbərlər
2 May 2025 00:57
945
“Çelsi”dən darmadağın, “Fiorentina” İspaniyada uduzub - YENİLƏNIB - VİDEO

Konfrans Liqasında yarımfinal mərhələsinə start verilib.

İdman.biz xəbər verir ki, ilk oyunlar çərçivəsində iki qarşılaşma baş tutub.

İspaniyada "Betis"lə "Fiorentina" üz-üzə gəlib. İki güclü komandanın görüşündə ispanlar güclü olublar. Oyun 2:1 hesabı ilə başa çatıb.

"Çelsi" isə "Yurqorden"in qonağı olub. Gözlənidiyi kimi qarşılaşma London klubunun üstünlüyü ilə keçib. "Zadəganlar" inamlı qələbə ilə demək olar ki, finala vəsiqəni təmin ediblər.

Qeyd edək ki, cavab oyunları mayın 8-də keçiriləcək.

Konfrans Liqası
Yarımfinal, ilk oyunlar
1 may

23:00. "Betis" – "Fiorentina" - 2:1
Qollar: Ezzalzuli, 7. Antoni, 64 - Ranyeri, 71
23:00. "Yurqorden" – "Çelsi" - 1:4
Qollar: Alemayahu Mulugeta, 68 - Sanço, 12. Maduke, 43. Cekson, 59; 65

İdman.biz