Böyük Dəbilqə: Balabəy Ağayev qızıl medal qazanıb, Yaşar Nəcəfov 5-ci olub - YENİLƏNİB - FOTO - VİDEO

Xəbərlər
2 May 2025 17:40
580
Böyük Dəbilqə: Balabəy Ağayev qızıl medal qazanıb, Yaşar Nəcəfov 5-ci olub - YENİLƏNİB - FOTO - VİDEO

Bu gün Tacikistanın paytaxtı Düşənbədə cüdo üzrə Böyük Dəbilqə turnirinə start verilib.

İdman.biz xəbər verir ki, yarışın ilk günündə Azərbaycan millisinin 2 cüdoçusu tatamiyə çıxıb.

Onlardan Balabəy Ağayev Böyük Dəbilqənin qalibi adını qazanıb.

Kişilər
60 kq

Balabəy Ağayev 1/8 finalda Acıtı Dombuunu (IJF) ardınca Anvarjon İbrohimovu (Özbəkistan) məğlub edib. Cüdoçumuz yarımfinalda Ariunbold Enxtayvandan (Monqolustan) üstün olub. Ağayev finalda Muhammadsoleh Quvatovla (Tacikistan) ilə güləşib. O, bu görüşü də xeyrinə bitirərək qızıl medala sahib olub.

66 kq
Yaşar Nəcəfov 1/8 finalda Exson Safarzodaya (Tacikistan), 1/4 finalda Nurmuxamet Botobaya (Qazaxıstan) qalib gəlib. O, yarımfinalda Obid Djebova (Tacikistan) uduzduğundan bürünc medal uğrunda Artyom Şturbabinlə (Özbəkistan) qarşılaşıb. Təəssüf ki, Nəcəfov bu dueldən də məğlub ayrılıb və 5-ci yeri tutub.

Qeyd edək ki, yığmamız yarışa 8 cüdoçu ilə yollanıb.

İdman.biz