Avropa Liqası: İngilis klublarından ilk oyunlarda inamlı qələbə - YENİLƏNIB - VİDEO

Xəbərlər
2 May 2025 01:02
946
Avropa Liqası: İngilis klublarından ilk oyunlarda inamlı qələbə - YENİLƏNIB - VİDEO

Avropa Liqasında yarımfinal mərhələsinə start verilib.

İdman.biz xəbər verir ki, ilk oyunlar çərçivəsində iki matç keçirilib.

Liqa mərhələsində Azərbaycan çempionu "Qarabağ"la qarşılaşan komandalardan ikisi Londonda üz-üzə gəlib. "Tottenhem" "Bodo Qlimt"i sınağa çəkib. Meydan sahibləri 3:1 hesabı ilə qalib gələrək, böyük üstünlük qazanıblar.

Digər matçda isə "Böyük beşlik" təmsilçiləri görüşüb. "Atletik" "Mançester Yunayted"i qəbul edib. Qonaq komanda gözlənilənlərin əksinə uğurlu oyun sayəsində 3 cavabsız qolla qalib gəliblər.

Avropa Liqası

Yarımfinal, ilk oyunlar
1 may

23:00. "Atletik" – "Mançester Yunayted" - 0:3
Qollar: Kazemiro, 30. Fernandes, 37 (p.); 45
23:00. "Tottenhem" – "Bodo Qlimt" - 3:1
Qollar: Conson, 1. Meddison, 34. Solanki, 61 (p.) - Saltnes, 84

Qeyd edək ki, cavab oyunları mayın 8-də keçiriləcək.

İdman.biz