Böyük Dəbilqə: Cüdoçularımız üçün medalsız gün - YENİLƏNİB

Xəbərlər
3 May 2025 17:54
541
Böyük Dəbilqə: Cüdoçularımız üçün medalsız gün - YENİLƏNİB

Tacikistanın paytaxtı Düşənbədə Böyük Dəbilqə turniri davam edir.

İdman.biz xəbər verir ki, yarışın ikinci günündə Azərbaycanın iki cüdoçusu mübarizəyə qoşulub. Onların hər ikisi yarışı medalsız başa vurub.

Kişilər
73 kq

Vüsal Qələndərzadə 1/8 finalda Yunlonq Qounu (Çin) məğlub edib. Cüdoçumuz daha sonra Xojiakber Toşevlə (Özbəkistan) bacarmayıb. Qələndərzadə təsəlliverici görüşdə Abubakr Şerova (Tacikistan) da uduzduğundan yarışla medalsız vidalaşıb.

81 kq
Süleyman Şükürov 1/8 finalda Batsuqar Qansuxdan (Monqolustan) güclü olsa da, ardınca Murodjon Yoldoşevə (Özbəkistan) uduzub. Qələndərzadə təsəlliverici görüşdə Youxiu Youxiu (Çin) ilə güləşib və qalib gəlib. O, bürünc medal uğrunda Kote Kapanadze (Gürcüstan) ilə üz-üzə gəlib. Rəqib qələbə qazandığından Şükürov Böyük Dəbilqəni 5-ci yerdə bitirib.

Qeyd edək ki, yığmamızın heyətində bir gün öncə Balabəy Ağayev (60 kq) qızıl medal qazanıb. Turnir mayın 4-də başa çatacaq.

İdman.biz