Cüdoçularımız Zakopanedə beynəlxalq toplanışa qatılıblar - FOTO

26 Avqust 2026 02:31
78
Cüdoçularımız Zakopanedə beynəlxalq toplanışa qatılıblar - FOTO

Yeniyetmə oğlanlardan ibarət Azərbaycan milli komandası Polşanın Zakopane şəhərində təşkil olunan beynəlxalq təlim-məşq toplanışında iştirak edir.

İdman.Biz xəbər verir ki, 11 ölkədən cüdoçuların qatıldığı hazırlıq prosesində yığmamıza məşqçilər Asiman Allahverdiyev və Kotaro Sasaki rəhbərlik edirlər.

Toplanış çərçivəsində Azərbaycan cüdoçuları ikiqat Olimpiya çempionu Takanori Naqase və dünya çempionu Noel van ’t Endin iştirakı ilə keçirilən seminara da qatılıblar.

Kişilərdən ibarət Azərbaycan milli komandasının böyük məşqçisi Robert Kravçik də iştirakçılar üçün seminar keçirib.

Təlim-məşq toplanışına avqustun 29-da yekun vurulacaq. Azərbaycan cüdoçuları bir gün sonra, avqustun 30-da keçiriləcək beynəlxalq yarışda qüvvələrini sınayacaqlar.

İdman.Biz