İsveçrənin Lozanna şəhərində cüdo üzrə “Böyük Dəbilqə” turnirinin püşkatması keçirilib.
İdman.Biz Cüdo Federasiyasına istinadən xəbər verir ki, Azərbaycan cüdoçularının da yarışın ilk mərhələsindəki rəqibləri müəyyənləşib.
Qadınlar
52 kq, 1/16 final:
Gültac Məmmədəliyeva – Madina Qurbonzoda (Tacikistan)
Leyla Əliyeva – Rin Takeuçi (Yaponiya)
70 kq, 1/16 final:
Südabə Ağayeva – Luana Karvalyo (Braziliya)
+78 kq, 1/8 final:
Madina Kaisinova – Elis Startseva (Rusiya)
Kişilər
60 kq, 1/16 final:
Əhməd Yusifov – David Naci (Macarıstan) / Loiq Kudbudinov (Tacikistan) cütünün qalibi
66 kq, 1/32 final:
Turan Bayramov – Lenni Şeynfeld (ABŞ)
66 kq, 1/16 final:
Ruslan Paşayev – Suxrob Boqiyev (Bəhreyn)
73 kq, 1/32 final:
Kamran Süleymanov – Otari Kvantidze (Portuqaliya)
73 kq, 1/16 final:
Rəşid Məmmədəliyev – Ohad Morits (İsrail) / Karim Abdulayev (BƏƏ) cütünün qalibi
81 kq, 1/32 final:
Vüsal Qələndərzadə – Qacidavud Qasanov (Bəhreyn)
81 kq, 1/16 final:
Ömər Rəcəbli – Adilet Almat (Qazaxıstan) / Vinçentso Pelliqra (İtaliya) cütünün qalibi
90 kq, 1/32 final:
Vüqar Talıbov – Akaki Çaparidze (Gürcüstan)
+100 kq, 1/16 final:
Kənan Nəsibov – Yakov Xammo (Ukrayna)
+100 kq, 1/8 final:
Uşanqi Kokauri – Fransisko Solis (Çili) / Maqomedomar Maqomedomarov (BƏƏ) cütünün qalibi
Qeyd edək ki, avqustun 28-dən 30-dək keçiriləcək turnir “Los-Anceles-2028” Yay Olimpiya Oyunlarına lisenziya xalları qazandıracaq. Azərbaycan yarışda 9 çəki dərəcəsində 14 cüdoçu ilə – 10 kişi və 4 qadın idmançı ilə təmsil olunacaq.
