Ayxan Həsənli dünya çempionatının gümüş medalını qazandı

23 Avqust 2026 09:15
108
Ayxan Həsənli dünya çempionatının gümüş medalını qazandı

Azərbaycan cüdoçusu Quayakildə keçirilən yeniyetmələr arasında dünya çempionatında fəxri kürsüyə yüksəlib.

İdman.Biz xəbər verir ki, 81 kq çəki dərəcəsində çıxış edən Ayxan Həsənli mundialı gümüş medalla başa vurub

Ayxan Həsənli finalda rusiyalı Daniyal Biybolatovla qarşılaşıb və həlledici görüşdə məğlub olaraq dünya ikincisi olub.

90 kq çəki dərəcəsində isə Azərbaycanın iki təmsilçisi bürünc medal uğrunda tatamiyə çıxıb. Ömər Axundov Rusiya təmsilçisi Aslan Tuayevə, Nurəddin Əliyev isə kanadalı Mettyu Molçanova məğlub olub. Hər iki cüdoçumuz yarışın yekun sıralamasında beşinci yeri tutub.

Beləliklə, Azərbaycan üçüncü yarış günündə bir gümüş medal qazanıb.

İdman.Biz