Azərbaycan cüdoçuları Türkiyədə dörd medal qazanıblar - FOTO

23 Avqust 2026 11:22
90
Azərbaycan cüdoçuları Türkiyədə dörd medal qazanıblar

Yeniyetmə oğlan cüdoçulardan ibarət Azərbaycan millisi Türkiyənin Ordu şəhərində keçirilən beynəlxalq turnirdə uğurla çıxış edib.

İdman.Biz xəbər verir ki, yarışda dörd idmançı ilə təmsil olunan yığmanın bütün üzvləri medal qazanıblar.

Qərib Atababayev (55 kq), Raul Məlikzadə (60 kq) və Nihad Məlikli (+90 kq) bütün rəqiblərinə qalib gələrək qızıl medala sahib olublar.

Muhəmməd Səttarov (60 kq) isə turniri bürünc medalla başa vurub.

Beləliklə, Orxan Səfərovun rəhbərlik etdiyi Azərbaycan millisi yarışda üç qızıl və bir bürünc olmaqla ümumilikdə dörd medal qazanıb.

İdman.Biz