Dünya çempionatında dörd cüdoçumuz tatamiyə çıxacaq

22 Avqust 2026 18:40
97
Dünya çempionatında dörd cüdoçumuz tatamiyə çıxacaq

Ekvadorun Quayakil şəhərində keçirilən yeniyetmələr arasında dünya çempionatında Azərbaycan təmsilçiləri iki çəki dərəcəsində qüvvələrini sınayacaqlar.

İdman.Biz xəbər verir ki, 81 kq çəki dərəcəsində Ayxan Həsənli 1/32 finalda Kosta-Rika təmsilçisi Alberto Monteslə qarşılaşacaq. Eyni çəkidə Yaqub Məmmədovun 1/16 finaldakı rəqibi qazaxıstanlı Alijan Saylaubekov olacaq.

90 kq çəki dərəcəsində isə Ömər Axundov 1/16 finalda sloveniyalı Val Berqlez Kosla üz-üzə gələcək. Nurəddin Əliyev isə bu mərhələdə İspaniya təmsilçisi Pablo Fernandes Kalero ilə qarşılaşacaq.

Təsnifat mərhələsi bu gün Bakı vaxtı ilə saat 20:00-da başlayacaq. Final bloku isə avqustun 23-də saat 02:00-da start götürəcək.

İdman.Biz