Cüdoçularımız “Böyük Dəbilqə” turnirinin ilk gününü medalsız başa vurublar - YENİLƏNİB + VİDEO

28 Avqust 2026 14:34
792
Cüdoçularımız “Böyük Dəbilqə” turnirinin ilk gününü medalsız başa vurublar - YENİLƏNİB + VİDEO

İsveçrənin Lozanna şəhərində keçirilən cüdo üzrə “Böyük Dəbilqə” turnirində Azərbaycan millisinin üç üzvü çıxışını başa vurub.

İdman.Biz xəbər verir ki, 52 kq çəki dərəcəsində mübarizə aparan Gültac Məmmədəliyeva 1/8 finalda ispaniyalı Ariane Toro Solerə məğlub olub.

66 kq-da yer alan Ruslan Paşayev 1/8 finalda Yaponiya təmsilçisi Şinsei Hattoriyə uduzub. Eyni çəkidə çıxış edən Turan Bayramov da 1/8 finalda məğlub olaraq mübarizəni dayandırıb.

Xatırladaq ki, Los-Anceles-2028 Yay Olimpiya Oyunlarına lisenziya xalları verən turnirdə Azərbaycan 9 çəki dərəcəsində 14 cüdoçu (10 kişi, 4 qadın) ilə təmsil olunur. “Böyük Dəbilqə” avqustun 30-da başa çatacaq.

14:13

İsveçrənin Lozanna şəhərində cüdo üzrə “Böyük Dəbilqə” turniri davam edir.

İdman.Biz xəbər verir ki, 66 kq çəki dərəcəsində mübarizə aparan Turan Bayramov IJF təmsilçisi Nasrullo Raxmonova qalib gələrək adını 1/8 finala yazdırıb.

Xatırladaq ki, Los-Anceles-2028 Yay Olimpiya Oyunlarına lisenziya xalları verən turnirdə Azərbaycan 9 çəki dərəcəsində 14 cüdoçu (10 kişi, 4 qadın) ilə təmsil olunur. “Böyük Dəbilqə” avqustun 30-da başa çatacaq.

13:03

İsveçrənin Lozanna şəhərində cüdo üzrə “Böyük Dəbilqə” turniri davam edir.

İdman.Biz xəbər verir ki, 52 kq çəki dərəcəsində mübarizə aparan Gültac Məmmədəliyeva ilk görüşündə Tacikistan təmsilçisi Madina Qurbonzodaya qalib gələrək 1/8 finala yüksəlib.

Xatırladaq ki, Los-Anceles-2028 Yay Olimpiya Oyunlarına lisenziya xalları verən turnirdə Azərbaycan 9 çəki dərəcəsində 14 cüdoçu (10 kişi, 4 qadın) ilə təmsil olunur. “Böyük Dəbilqə” avqustun 30-da başa çatacaq.

12:45

İsveçrənin Lozanna şəhərində cüdo üzrə “Böyük Dəbilqə” turniri davam edir.

İdman.Biz xəbər verir ki, 52 kq çəki dərəcəsində mübarizə aparan Leyla Əliyeva 1/16 finalda Yaponiya təmsilçisi Rin Takeuçiyə məğlub olaraq çıxışını başa vurub.

66 kq-da yer alan Ruslan Paşayev isə Bəhreyn cüdoçusu Suxrob Boqiyevə qalib gələrək növbəti mərhələyə yüksəlib.

Xatırladaq ki, Los-Anceles-2028 Yay Olimpiya Oyunlarına lisenziya xalları verən turnirdə Azərbaycan 9 çəki dərəcəsində 14 cüdoçu (10 kişi, 4 qadın) ilə təmsil olunur. “Böyük Dəbilqə” avqustun 30-da başa çatacaq.

11:46

İsveçrənin Lozanna şəhərində cüdo üzrə “Böyük Dəbilqə” turnirinə start verilib.

İdman.Biz xəbər verir ki, 66 kq çəki dərəcəsində mübarizə aparan Turan Bayramov ilk görüşündə ABŞ-li Lenni Şeynfildə qalib gələrək 1/16 finala vəsiqə qazanıb.

60 kq çəki dərəcəsində çıxış edən Əhməd Yusifov isə 1/16 finalda Tacikistan təmsilçisi Loiq Kudbudinova məğlub olaraq mübarizəni dayandırıb.

Xatırladaq ki, Los-Anceles-2028 Yay Olimpiya Oyunlarına lisenziya xalları verən turnirdə Azərbaycan 9 çəki dərəcəsində 14 cüdoçu (10 kişi, 4 qadın) ilə təmsil olunur. “Böyük Dəbilqə” avqustun 30-da başa çatacaq.

09:43

Bu gün İsveçrənin Lozanna şəhərində cüdo üzrə “Böyük Dəbilqə” turnirinə start veriləcək.

İdman.Biz xəbər verir ki, yarışın ilk günündə Azərbaycan millisinin beş üzvü üç çəki dərəcəsində mübarizə aparacaq.

Qadınların 52 kq çəki dərəcəsində Gültac Məmmədəliyeva 1/16 finalda tacikistanlı Madina Qurbonzoda ilə, Leyla Əliyeva isə yaponiyalı Rin Takeuçi ilə qarşılaşacaq.

Kişilərin 60 kq çəki dərəcəsində Əhməd Yusifov 1/16 finalda macarıstanlı David Naji ilə tacikistanlı Loiq Kudbudinov arasındakı görüşün qalibi ilə üz-üzə gələcək.

66 kq-da Turan Bayramov 1/32 finalda ABŞ təmsilçisi Lenni Şeynfeldlə, Ruslan Paşayev isə 1/16 finalda bəhreynli Suxrob Boqiyevlə qarşılaşacaq.

Qeyd edək ki, təsnifat mərhələsinin görüşləri saat 10:30-da, final bloku isə saat 19:00-da başlayacaq.

İdman.Biz