Azərbaycanda U-17 cüdoçular arasında ACF Kuboku keçiriləcək

20 Oktyabr 2026 16:50
103
Azərbaycanda U-17 cüdoçular arasında ACF Kuboku keçiriləcək

Oktyabrın 25-26-da Azərbaycan Cüdo Federasiyasının (ACF) təşkilatçılığı ilə U-17 yeniyetmələr arasında ne-vaza üzrə ACF Kuboku keçiriləcək.

İdman.Biz xəbər verir ki, bu barədə Azərbaycan Cüdo Federasiyası (ACF) məlumat yayıb.

Bildirilib ki, Abşeron Olimpiya İdman Kompleksində təşkil olunacaq yarışda 83 klub və idman cəmiyyətini təmsil edən 506 cüdoçu (407 oğlan və 99 qız) ümumilikdə 16 çəki dərəcəsində qüvvəsini sınayacaq.

Ne-vaza cüdoda yerüstü (parter) mübarizəni əhatə edən texnikalar toplusudur. Bu istiqamət üzrə hazırlıq idmançıların parterdə hücum və müdafiə imkanlarının inkişaf etdirilməsinə, görüş zamanı müxtəlif taktiki vəziyyətlərə daha effektli uyğunlaşmasına xidmət edir.

İdman.Biz