Cüdo üzrə Azərbaycan komandası Tacikistanın paytaxtı Düşənbədə keçirilən Böyük Dəbilqə turnirinin ümumi hesabında dördüncü pillədə qərarlaşıb.
İdman.biz xəbər verir ki, komandamızın hesabında Balabəy Ağayevin (60 kq) qazandığı bir qızıl medal var.
Azərbaycan bu nəticə sayəsində Özbəkistan, Çin, Qazaxıstan, Yaponiya və bir çox digər ölkələri qabaqlayır.
Fransa liderdir (2-0-2), daha sonra Tacikistan (1-2-2) və Monqolustan (1-0-1) gəlir.
Ümumilikdə, turnirin ilk günündə 10 ölkənin cüdoçuları medal qazanıblar.
İdman.biz