Azərbaycan milli komandasına yeni cüdoçu cəlb olunub.
Azərbaycan Cüdo Federasiyasından İdman.bizə verilən xəbərə görə, Beynəlxalq Cüdo Federasiyası Acelya Toprakın 3 noyabr 2023 ildən etibarən Azərbaycan bayrağı altında çıxış etməsinə rəsmi razılıq verib.
O, qadınlardan ibarət millinin heyətində 57 kq dərəcəsində mübarizə aparacaq.
Hazırda dünya reytinqində 27-ci yerdə gedən idmançı 2022-ci ildə keçirilən Pert Açıq Okeaniya turnirinin gümüş medalçısıdır və 2017-ci ildə gənclər arasında Avropa çempionatında gümüş medal qazanıb.
Qeyd edək ki, idmançının transferində əsas məqsəd komanda daxili rəqabəti artırmaqla yanaşı, güclü məşq partnyoru hesabına perspektivli gənc və yeniyetmə idmançıların inkişafına dəstək olmaqdır.
İdman.biz