Azərbaycan Cüdo Federasiyası (ACF) və Bakı Şəhər Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə cüdo üzrə kişilər və qadınlar arasında Bakı çempionatı keçirilib.
İdman.biz xəbər verir ki, Hövsan qəsəbəsində yerləşən Fövqəladə Hallar Nazirliyinin (FHN) İdman Sağlamlıq Mərkəzində baş tutan yarışda qadınlar və kişilər arasında 14 çəki dərəcəsində qaliblər bəlli olub.
Çempionatda Bakının 39 müxtəlif klub, cəmiyyət və idman təşkilatından 187 cüdoçu medallar uğrunda mübarizə aparıb.
Yarışın ikinci günündə kişilər arasında 66 kq, 81 kq və 100 kq çəki dərəcələrində, qadınlar arasında isə 52 kq və 78 kq çəki dərəcələrində qaliblər bəlli olub.
Çempionatın əsas məqsədi gənclər arasında idman vasitəsi ilə sağlam həyat tərzinin formalaşdırılması, həmçinin cüdonun kütləvi təbliğinə və təşviqinə nail olmaqdır. Yarış 15-18 dekabrda keçiriləcək qadınlar və kişilər arasında Azərbaycan çempionatına seçim xarakteri daşıyır.
Mükafatçılar
Qadınlar
48 kq
1. Xumar Qasımzadə
2. Leyla Hüseynova
3. Şəfiqə Mollazadə
3. Məryəm Əlizadə
52 kq
1. Çinarə Sadıqova
2. Fidan Əliyeva
3. Aytən İslamova
57 kq
1. Elmira Mustafayeva
2. Rəmziyyə Hüseynova
3. Aydan Alışova
70 kq
1. Nigar Əlibəyli
2. Zəhra Əliyeva
78 kq
1. Aysu Həsənova
Kişilər
60 kq
1. Hüseyn Allahyarov
2. Murad Muradlı
3. Ayxan Mirzəzadə
3. Səhib Babayev
66 kq
1. Hüseyn Manafov
2. Nicat Şirinov
3. Eltun İmranov
3. Bəhram Qurbanlı
73 kq
1. Sadiq Həsənli
2. Nicat Sultanov
3. Ömər Qarayev
3. Səid Rzayev
81 kq
1. Əli Hacızadə
2. Asim Qulamzadə
3. Sadiq Hüseynli
3. Kənan Quliyev
90 kq
1. Musa Hüseynli
2. Nihad Ələsgərli
3. Tuncay Şamil
3. Davud Namazlı
100 kq
1. Rəşadət Paşazadə
2. Bəxtiyar Məmmədov
3. Murad Hüseynquliyev
3. Nihad Əhmədov
+100 kq
1. Kənan Nəsibov
2. Eldar Əliyev
3. Cəlil Şükürov
İdman.biz