Rusiya cüdoçuları Bakıda keçirilən dünya çempionatında qazandıqları medallara görə böyük məbləğdə pul mükafatı alacaqlar.
İdman.Biz xəbər verir ki, bunu Rusiya Cüdo Federasiyasının prezidenti Sergey Soloveyçik açıqlayıb.
“Dünya çempionatı çox yüksək qiymətləndirilir. Uşaqlar dünya çempionatına görə böyük və yaxşı mükafatlar alacaqlar. Həqiqətən böyük. Amma bu, onlar üçün ən vacib məsələ deyil. Komanda ilə görüşmüşük və bu barədə danışmışıq. Təbii ki, idmançı üçün dünya çempionu olmaq pulla da, pulsuz da eyni dərəcədə vacibdir. Amma yaxşı pul mükafatı ilə bu, əlbəttə, daha xoşdur”, - Soloveyçik bildirib.
Qeyd edək ki, dünya çempionatı 4-11 oktyabr tarixlərində Bakıda keçirilir. Rusiya turnirdə 12 kişi və 11 qadın olmaqla 23 cüdoçu ilə təmsil olunur.
Rusiya idmançıları Bakıdakı dünya çempionatında milli bayraq və himn altında çıxış edirlər.
