Yeniyetmə cüdoçularımız Yaponiyada üç həftəlik hazırlığı başa vurdular

28 Noyabr 2026 22:12
44
Yeniyetmə cüdoçularımız Yaponiyada üç həftəlik hazırlığı başa vurdular

Yeniyetmə oğlanlardan ibarət Azərbaycan cüdo millisinin Yaponiyada beynəlxalq təlim-məşq toplanışı başa çatıb.

İdman.Biz xəbər verir ki, üç həftə davam edən hazırlıq prosesində 16 idmançı iştirak edib.

Milli komandaya baş məşqçi Emin İskəndərov, məşqçilər Nicat Şıxəlizadə və Kotaro Sasaki rəhbərlik ediblər.

Toplanışın ilk həftəsi Tokai Universitetinin nəzdindəki Saqami məktəbində, ikinci həftəsi Tokiodakı Adaçi Gakuen məktəbində, sonuncu həftəsi isə Kokuşikanda keçirilib.

Hazırlıq prosesində qazanılan beynəlxalq təcrübə yeniyetmə cüdoçuların qarşıdakı yarışlara daha yaxşı hazırlaşmalarına və gələcəkdə yuxarı yaş qrupları üzrə milli komandalara keçidinə zəmin yaradır.

İdman.Biz