Azərbaycan millisinin üzvü Madina Kaisinova İtaliyanın paytaxtı Romada keçirilən cüdo üzrə Avropa Açıq Turnirində bürünc medal qazanıb.
İdman.Biz xəbər verir ki, +78 kq çəki dərəcəsində mübarizə aparan idmançımız 1/4 finalda polşalı Emiliya Qonsiora qalib gəlib.
Yarımfinalda Niderland təmsilçisi Karmen Diykstraya məğlub olan Kaisinova bürünc medal uğrunda görüşdə italiyalı Alessiya Cordanonu üstələyib.
38 ölkədən 261 cüdoçunun iştirak etdiyi turnirdə Azərbaycan altı qadın idmançı ilə təmsil olunur.
Yarışın ikinci günündə millimizin daha beş üzvü tatamiyə çıxacaq.
