“Düşünürəm ki, komandamız yaxşı çıxış edəcək” - Cüdo üzrə yeniyetmələrin məşqçisi - VİDEO

3 Oktyabr 2026 16:01
76
“Düşünürəm ki, komandamız yaxşı çıxış edəcək” - Cüdo üzrə yeniyetmələrin məşqçisi

“Cüdoda proqnoz vermək çətindir. Hər dəfə sürpriz adların şahidi oluruq. Düşünürəm ki, komandamız Bakıda da yaxşı çıxış edəcək”.

İdman.Biz xəbər verir ki, bu sözləri Bakıda keçiriləcək dünya çempionatının püşkatma mərasimində iştirak edən sabiq cüdoçu Orxan Səfərov jurnalistlərə açıqlamasında deyib.

Yeniyetmə oğlanlardan ibarət Azərbaycan millisinin məşqçisi fikirlərinin davamında deyib:

“Təbii ki, püşkatma önəmlidir. Amma idmançılarımızın hər biri reytinqdə yuxarı pillədə qərarlaşıb. İdmançılarımızın hər birinə inanırıq”.

Qeyd edək ki, 4–11 oktyabr tarixlərində paytaxtdakı Milli Gimnastika Arenasında cüdo üzrə Dünya çempionatı baş tutcaq. Çempionatda dünyanın 95-dən çox ölkəsindən 640-a yaxın ən güclü cüdoçu çempionluq uğrunda mübarizə aparacaq.

İdman.Biz
Məqalədə: