Rəşad Rəsullu: “Müasir idman infrastrukturunun yaradılması istiqamətində mühüm işlər görülüb”

3 Oktyabr 2026 14:53
65
Rəşad Rəsullu: “Müasir idman infrastrukturunun yaradılması istiqamətində mühüm işlər görülüb”

“Azərbaycan üçün növbəti dəfə cüdo üzrə dünya çempionatına ev sahibliyi etmək və beynəlxalq cüdo ailəsini paytaxtımızda salamlamaq böyük şərəfdir”.

İdman.Biz xəbər verir ki, bu sözləri Azərbaycan Cüdo Federasiyasının (ACF) icraçı vitse-prezidenti Rəşad Rəsullu Bakıda keçiriləcək dünya çempionatının püşkatma mərasimində çıxış edərkən deyib.

ACF rəsmisi ölkədə idmana göstərilən dövlət qayğısını və yaradılan müasir altyapını yüksək qiymətləndirib:

“Azərbaycanda idmanın inkişafı hər zaman ən yüksək səviyyədə diqqət və dəstək görüb. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə müasir idman infrastrukturunun yaradılması, idmançılarımızın dəstəklənməsi və mötəbər beynəlxalq idman tədbirlərinin Azərbaycanda keçirilməsi istiqamətində mühüm işlər görülüb”.

Qeyd edək ki, cüdo üzrə dünya çempionatı oktyabrın 4-11-də Milli Gimnastika Arenasında təşkil olunacaq.

İdman.Biz
Məqalədə: