Dünya çempionatında Azərbaycan cüdoçularının rəqibləri bəlli oldu - FOTO/VİDEO

3 Oktyabr 2026 15:20
107
Dünya çempionatında Azərbaycan cüdoçularının rəqibləri bəlli oldu - FOTO/VİDEO

4-11 oktyabr tarixlərində Bakıda keçiriləcək cüdo üzrə dünya çempionatının püşkatma mərasimi baş tutub.

İdman.Biz xəbər verir ki, püşkatmanın nəticəsinə əsasən, Azərbaycan cüdoçularının ilk mərhələdəki rəqibləri müəyyənləşib.

Qadınların yarışında Şəfəq Həmidova (48 kq) Madaqaskar təmsilçisi Nataşa Razafindrakalo ilə, Könül Əliyeva (48 kq) yaponiyalı Vakana Koqo ilə üz-üzə gələcək.

Gültac Məmmədəliyevanın (52 kq) ilk rəqibi israilli Gəfen Primo, Xədicə Qadaşovanın (57 kq) rəqibi isə qırğızıstanlı Canar Joldoşeva olacaq.

Anna Zaytseva (63 kq) Pei Çun Yuan (Tayvan) – Anna Kriza (Macarıstan) cütünün qalibi ilə qarşılaşacaq.

Südabə Ağayeva (70 kq) ispaniyalı Ai Tsunoda-Rustant, Madina Kaysinova (+78 kq) isə italiyalı Asya Tavano ilə mübarizə aparacaq.

Kişilərin yarışında Balabəy Ağayev (60 kq) Artyom Kolosov (Belarus) – Dilşod Xalmatov (Ukrayna) cütünün qalibi ilə qarşılaşacaq. Əhməd Yusifov (60 kq) isə Bəhram Boturov (Özbəkistan) – Tümənjargal Tuvşintur (Monqolustan) cütünün qalibi ilə üz-üzə gələcək.

Ruslan Paşayev (66 kq) Sərdar Rəhimov (Türkmənistan) – Adrian Nyeto Çinarro (İspaniya) cütünün qalibi ilə qarşılaşacaq. Turan Bayramovun (66 kq) ilk rəqibi moldovalı Radu İzvorianu, Nizami İmranovun (66 kq) rəqibi isə gürcüstanlı Vaja Marqvelaşvili olacaq.

Hidayət Heydərov (73 kq) ilk görüşünü Kosovo təmsilçisi Akil Gjakova ilə keçirəcək. Rəşid Məmmədəliyev (73 kq) isə Adil Osmanov (Moldova) – Castin Lemir (Kanada) cütünün qalibi ilə qarşılaşacaq.

Zelim Tskayev (81 kq) Timoti Moyvsen (Cənubi Afrika Respublikası) – Viktor Sterpu (Moldova) cütünün qalibi ilə üz-üzə gələcək. Ömər Rəcəbli (81 kq) Bəhreyn təmsilçisi Əsgərbi Gerbekovla, Vüsal Qalandarzadə (81 kq) isə bolqarıstanlı Hristo Valkovla qarşılaşacaq.

90 kq çəki dərəcəsində Murad Fətiyev Yeqor Voropayev (Belarus) – Teodoros Tselidis (Yunanıstan) cütünün qalibi ilə mübarizə aparacaq. Elcan Hacıyev (90 kq) ABŞ təmsilçisi Aleksander Knaufla, Süleyman Şükürov (90 kq) isə norveçli Kornelius Eylertsenlə üz-üzə gələcək.

100 kq çəki dərəcəsində çıxış edən Zelim Kotsoyev ilk görüşündə türkmənistanlı Baymırat Məcanovla qarşılaşacaq.

+100 kq çəki dərəcəsində Uşanqi Kokauri qırğızıstanlı Emirxan Joldoşkazıyevlə mübarizə aparacaq. Kənan Nəsibov Almaniya təmsilçisi Losseni Kone – serbiyalı Vidak Malyeviç cütünün qalibi ilə, Camal Qamzatxanov isə çilili Fransisko Solislə qarşılaşacaq.

Qeyd edək ki, cüdö üzrə dünya çempionatı Bakıda, Milli Gimnastika Arenasında keçiriləcək.

İdman.Biz
Məqalədə: