Rəşad Rəsullu: “Dünya çempionatına ev sahibliyi etməkdən qürur duyuruq”

3 Oktyabr 2026 14:39
83
Rəşad Rəsullu: “Dünya çempionatına ev sahibliyi etməkdən qürur duyuruq”

“Dünyanın müxtəlif ölkələrindən olan idmançıların qarşılıqlı hörmət və ədalətli mübarizə prinsipləri əsasında ən yüksək səviyyədə yarışacağı bu mötəbər çempionata ev sahibliyi etməkdən qürur duyuruq”.

İdman.Biz xəbər verir ki, bu sözləri Azərbaycan Cüdo Federasiyasının (ACF) icraçı vitse-prezidenti Rəşad Rəsullu Bakıda keçiriləcək dünya çempionatının püşkatma mərasimində çıxış edərkən deyib.

ACF rəsmisi təşkilatçılıq işlərinə dəstək olan qurumlara təşəkkürünü bildirərək idmançılara uğurlar arzulayıb:

“Beynəlxalq Cüdo Federasiyasının prezidenti Marius Vizerə, Azərbaycanın gənclər və idman naziri Fərid Qayıbova, eləcə də çempionatın hazırlıq və təşkilati prosesində əməyi olan hər kəsə dəyərli dəstəyə görə səmimi təşəkkürümü bildirirəm. Bugünkü püşkatma yarışların başlanmasına doğru son mərhələdir. Bütün idmançılara möhkəm cansağlığı, uğurlu çıxışlar və tatamidə müvəffəqiyyət arzulayıram. Ümid edirik ki, Bakıda keçirdiyiniz vaxtdan və Azərbaycanın qonaqpərvərliyindən xoş təəssüratlarla ayrılacaqsınız”.

Qeyd edək ki, cüdo üzrə dünya çempionatı oktyabrın 4-11-də Milli Gimnastika Arenasında təşkil olunacaq.

İdman.Biz
Məqalədə: