“Cüdo yığmamızdan iki qızıl medal gözləyirəm” - Rüstəm Orucov proqnozunu səslənirdi - VİDEO

3 Oktyabr 2026 15:30
77
“Cüdo yığmamızdan iki qızıl medal gözləyirəm” - Rüstəm Orucov proqnozunu səslənirdi

“Püşkatmanın nəticələri pis deyil, bütün çəki dərəcələrindən medal qazana bilərik”

İdman.Biz xəbər verir ki, bu sözləri Bakıda keçiriləcək dünya çempionatının püşkatma mərasimində iştirak edən cüdo üzrə olimpiya mükafatçısı Rüstəm Orucov deyib.

Rüstəm Orucov sabah Bakıda başlayacaq cüdo üzrə Dünya çempionatında millimizdən konkret hansı nəticələr gözlədiyinə də aydınlıq gətirib.

“İki qızıl medal gözləyirəm” – deyə Rüstəm Orucov söyləyib.

Qeyd edək ki, 4–11 oktyabr tarixlərində paytaxtdakı Milli Gimnastika Arenasında cüdo üzrə Dünya çempionatı baş tutcaq. Çempionatda dünyanın 95-dən çox ölkəsindən 640-a yaxın ən güclü cüdoçu çempionluq uğrunda mübarizə aparacaq.

İdman.Biz
Məqalədə: