“Əminəm ki, Azərbaycan üçün uğurlu dünya çempionatı olacaq” - Beynəlxalq Cüdo Federasiyasının baş katibinin İDMAN.BİZ-ə AÇIQLAMASI

3 Oktyabr 2026 16:20
96
“Əminəm ki, Azərbaycan üçün uğurlu dünya çempionatı olacaq” - Beynəlxalq Cüdo Federasiyasının baş katibinin İDMAN.BİZ-ə AÇIQLAMASI

Sabah Bakıda start götürəcək cüdo üzrə dünya çempionatı tarixdə ən yaxşı yarışlardan biri olacaq.

Bu barədə Beynəlxalq Cüdo Federasiyasının (IJF) baş katibi Liza Allan İdman.Bizə açıqlamasında bildirib.

“Azərbaycana yenidən qayıtmaq çox xoşdur. Bura gəlməkdən həmişə məmnunuq. Ölkədə çox güclü idman ənənələri və cüdonun zəngin tarixi var. Gözəl Bakı şəhərinə gəlmək hər zaman xoşdur.

Yarışla bağlı gözləntilərimizə gəlincə, düşünürəm ki, bu, indiyədək keçirdiyimiz ən yaxşı dünya çempionatlarından biri olacaq.

Azərbaycan Cüdo Federasiyasının prezidenti Rəşad Nəbiyev və onun komandası əla təşkilatçılardır. Buna görə də böyüklər arasında cüdo üzrə ikinci dünya çempionatının Bakıda keçirilməsi üçün Gimnastika Arenasına qayıtmağı səbirsizliklə gözləyirik.

Cüdo ictimaiyyətindən böyük dəstək alırıq. İştirak üçün 93 müxtəlif ölkədən nümayəndələr gəlib. Buna görə də həqiqətən çox uğurlu yarış gözləyirik”, - deyə o bildirib.

Liza Allan evdə keçiriləcək dünya çempionatında Azərbaycan cüdoçularının perspektivləri barədə də fikirlərini bölüşüb. O, son vaxtlar karyerasında çətin dövr keçirən Hidayət Heydərov haqqında da danışıb:

“Düşünürəm ki, yüksək səviyyəli idmançı üçün daim zirvədə qalmaq çox çətindir. Bilirsiniz, həyatda olduğu kimi, hər şey yüksəlir və enir, yüksəlir və enir. Lakin asan olmayan dövr keçirən bəzi idmançılar əvvəlki səviyyələrinə yenidən qayıda bilirlər.

Bilirsiniz, bu, cüdodur: burada hər kəs qalib gələ bilər. İki nəfər bir-birinə qarşı mübarizə aparır – bir dəfə biri qalib gəlir, növbəti dəfə isə digəri. Amma əminəm ki, bu, Azərbaycan üçün uğurlu çempionat olacaq”.

İdman.Biz