Bakıdakı "Böyük Dəbilqə" üçün İspaniyanın heyəti

Xəbərlər
22 Yanvar 2025 11:15
84
Bakıdakı "Böyük Dəbilqə" üçün İspaniyanın heyəti

İspaniyanın cüdo millisi fevralın 14-16-da Bakıda keçiriləcək “Böyük Dəbilqə” turniri üçün heyətini açıqlayıb.

İdman.biz xəbər verir ki, komandada dörd idmançı yer alıb.

Onların arasında Astanada keçirilən “Böyük Dəbilqə”nin qalibi David Qarsiya (66 kq) da var.

Ondan başqa Eva Peres (52 kq), Ayumi Sançes (52 kq) və Malin Uilson (57 kq) da Bakıya gələcəklər.

İdman.biz

Məqalədə: