Millimizin məşqçisi mükafata namizədlər arasında - VİDEO

7 Yanvar 2025 13:19
275
Millimizin məşqçisi mükafata namizədlər arasında - VİDEO

Beynəlxalq Cüdo Federasiyası (IJF) xüsusi videoçarxda “İlin məşqçi nailiyyəti” mükafatına namizədləri təqdim edib.

İdman.biz xəbər verir ki, namizədlər arasında kişilərdən ibarət Azərbaycan millisinin məşqçisi Rixard Trautman da var.

Almaniyalı mütəxəssisin rəhbərliyi altında Hidayət Heydərov (73 kq) və Zelim Kotsoyev (100 kq) Olimpiya çempionu və dünya çempionatının qalibi olublar.

Səsvermə yanvarın 10-da başa çatacaq.

İdman.biz