Cüdoçularımız Avropa kubokunda 3 qızıl,1 gümüş və 3 bürünc medal qazanıb

Xəbərlər
21 Oktyabr 2023 20:16
122
Cüdoçularımız Avropa kubokunda 3 qızıl,1 gümüş və 3 bürünc medal qazanıb

Riqada yeniyetmə cüdoçular arasında Avropa Kubokuna start verilib.

İdman.biz xəbər verir ki, yalnız oğlanların yarışında təmsil olunan Azərbaycan millisi ilk yarış günündə 50, 55, 60 və 66 kq çəki dərəcəsində mübarizə aparıb.

9 cüdoçumuzdan 50 kq-da Rüstəm Qasımzadə və Bahadır Feyzullayev bütün rəqiblərini məğlub edərək finalda bir-birilərinə rəqib olublar. Həlledici qarşılaşmada qələbə qazanan Feyzullayev qızıl medala sahib olub. Rüstəm isə yarışı gümüş medalla tamamlayıb.

55 kq-da da 2 idmançımız mübarizə aparıb. Nihat Məmişov 1/4 finalda Finlandiyanı təmsil edən Samir Balayevə uduzaraq təsəlliverici görüşlərdə iştirak edib. Bürünc medal uğrunda qarşılaşmada Nihatın rəqibi yarımfinalda Vosçieç Mikhalaka (Polşa) uduzan komanda yoldaşı Telman Abdullayev olub. Nihat Telmanı məğlub edərək bürünc medala sahib çıxıb.

60 kq-da Əhməd Rüstəmov və Mirxaliq İsgəndərov tatamiyə çıxıblar. Onlardan birincisi ilk mərhələdə uduzub. Mirxaliq isə bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə yüksəlib.

66 kq-da mübarizəyə qoşulan hər 3 idmançımız yarışı medalla başa vurub. Ümüd Qurbanov hər görüşünü qələbə ilə bitirib və komandamıza 3-cü qızıl medalı qazandırıb. Səlim Sultanov və Səid Şərifov bürünc medala sahib çıxıb.

Qeyd edək ki, Azərbaycan yarışda 7 çəki dərəsində 16 cüdoçu ilə təmsil olunur.

Emin Ağa

İdman.biz