Avropa çempionatına yollanacaq cüdoçularımızın adları açıqlanıb

Xəbərlər
12 İyun 2024 17:40
327
Avropa çempionatına yollanacaq cüdoçularımızın adları açıqlanıb

Azərbaycanın yeniyetmə oğlanlardan və qızlardan ibarət milliləri cüdo üzrə Avropa çempionatında iştirak edəcək.

İdman.biz xəbər verir ki, bunu Azərbaycan Cüdo Federasiyasının mətbuat xidməti açıqlayıb.

Bolqarıstanın paytaxtı Sofiyanın ev sahibliyi edəcəyi yarış iyunun 27-30-da baş tutacaq. Yığmamız çempionatda 10 oğlan və 9 qız cüdoçu ilə təmsil olunacaq.

Rüstəm Alimlinin baş məşqçisi olduğu oğlanlardan ibarət komandada Bahadur Feyzullayev, Məhəmmədəli Hüsiyev (hər ikisi 50 kq), Nihad Məmişov (55 kq), Nihad Rəhimov (60 kq), Səlim Soltanov (66 kq), Cəsur İbadlı (73 kq), Mehdi Abbasov, Əli Qazıməmmədov (hər ikisi 81 kq), Hüseyn Eyvazlı (90 kq), Sübhan Axundov (+90 kq) yer alıblar. Fərid Qarayev komanda yarışında mübarizəyə qoşulacaq.

Elnur İsmayılovun rəhbərlik etdiyi qızlar yığmasının cüdoçuları Xədicə Abdullayeva (40 kq), Leyla Ələkbərova, Nərmin Məmmədli (hər ikisi 44 kq), Diana Eldarova, Nuranə Hacızadə (hər ikisi 48 kq), Vüsalə Hacıyeva, Aysun Məmmədova (hər ikisi 52 kq), Aytən Verdiyeva (57 kq), Mələk Bayramlı (70 kq) da Sofiya tatamisinə çıxacaqlar.

Qeyd edək ki, iyunun 27-29-da fərdi, 30-da komanda yarışları keçiriləcək.

İdman.biz

Məqalədə: