Bakıda keçiriləcək cüdo üzrə dünya çempionatına həsr olunan fan zona yaradılıb - FOTO

7 Sentyabr 2026 14:58
96
Bakıda keçiriləcək cüdo üzrə dünya çempionatına həsr olunan fan zona yaradılıb - FOTO

“Dəniz Mall” ticarət mərkəzində oktyabr ayında Bakıda keçiriləcək cüdo üzrə dünya çempionatına həsr olunan fan zona yaradılıb.

İdman.Biz xəbər verir ki, bu barədə Azərbaycan Cüdo Federasiyası məlumat yayıb.

Bildirilib ki, fan zonalarda uşaqlar və böyüklər üçün müxtəlif interaktiv oyunlar, cüdo kvizi, pazl yarışları, eləcə də foto və selfi guşələri təşkil olunub. Fəaliyyətlərdə iştirak edən ziyarətçilər müxtəlif hədiyyələr qazanır və onlara xüsusi hazırlanmış rəmzi cüdo pasportu təqdim edilir. Burada Azərbaycanın cüdo üzrə ilk dünya çempionu Elxan Məmmədovun cüdoqisi də nümayiş olunur.

Proqram çərçivəsində tanınmış cüdoçuların azarkeşlərlə görüşləri və imza mərasimləri də keçirilir. Analoji fan zonalar “Crescent Mall”, “28 Mall” və “Gənclik Mall” ticarət mərkəzlərində də fəaliyyət göstərəcək.

Qeyd edək ki, böyüklər arasında dünya çempionatı 4-11 oktyabr tarixlərində Milli Gimnastika Arenasında təşkil olunacaq.

İdman.Biz
Məqalədə: