Cüdoçularımız gənclər arasında Avropa çempionatından beş medalla Vətənə qayıdıblar - FOTO

7 Sentyabr 2026 13:11
105
Cüdoçularımız gənclər arasında Avropa çempionatından beş medalla Vətənə qayıdıblar - FOTO

Monteneqronun paytaxtı Podqoritsada keçirilən cüdo üzrə gənclər arasında Avropa çempionatında beş medal qazanan Azərbaycan milli komandası Vətənə qayıdıb.

İdman.Biz xəbər verir ki, bu barədə Azərbaycan Cüdo Federasiyası məlumat yayıb.

Bildirilib ki, cüdoçularımızı Heydər Əliyev Beynəlxalq Hava Limanında idman ictimaiyyətinin nümayəndələri, federasiya rəsmiləri, media təmsilçiləri və idmançıların yaxınları qarşılayıblar.

Qeyd edək ki, Ayxan Mirzəzadə (60 kq), Məhəmməd Musayev (66 kq) və Süleyman Şükürov (90 kq) bütün rəqiblərinə qalib gələrək gənclər arasında Avropa çempionu olublar. Davud Namazlı (100 kq) və Ramazan Əhmədov (+100 kq) isə bürünc medala sahib çıxıblar.

Azərbaycan millisi yarışı üç qızıl və iki gümüş medalla başa vuraraq 44 ölkə arasında ümumi hesabda ikinci, oğlanların mübarizəsində isə birinci yeri tutub.

İdman.Biz