İngiltərə Premyer Liqasının üçüncü turunda "Aston Villa" və "Hall Siti" qarşılaşıb.
İdman.Biz xəbər verir ki, qarşılaşmada hesab açılmayıb - 0:0.
"Aston Villa" mövsümdə ilk xalını qazanıb və turnir cədvəlində 17-ci yeri tutur. "Hall" isə 7 xalla ikinci pillədə qərarlaşıb.
20:28
İngiltərə Premyer Liqasının üçüncü turunda "Mançester Siti" öz meydanında "Koventri"ni minimal hesabla məğlub edib.
İdman.Biz xəbər verir ki, meydan sahiblərinin heyətində Erlinq Holand fərqlənib 1:0.
26 yaşlı norveçli futbolçu klub karyerasında 300-cü qoluna imza atıb.
"Şəhərlilər"in heyətində "Çelsi"dən keçən Enso Fernandes, eləcə də "Lill"in sabiq oyunçusu Eyyub Buaddi debüt ediblər.
"Mançester Siti" ardıcıl üçüncü qələbəsini qazanıb və 9 xalla Premyer Liqanın turnir cədvəlinə liderlik edir. "Koventri" ardıcıl üç matçda məğlub olub.
"Fulhem" isə doğma meydanda "Kristal Pelas"a uduzub – 2:3.
Matçda hesabı meydan sahiblərinin heyətində 14-cü dəqiqədə J. Kinq açıb (1:0), lakin 35-ci dəqiqədə E. Nketiah bərabərlik qolunu vurub (1:1). Ardınca 42-ci dəqiqədə C. Palasios fərqlənərək hesabı 2:1 ediblər və birinci hissə bu hesabla başa çatıb. İkinci yarıda, 54-cü dəqiqədə T. Mitçell hesabı bərabərləşdirib (2:2). 77-ci dəqiqədə isə B. Çiluellin qol vuraraq komandasına qələbə qazandırıb.
Meydan sahibləri ardıcıl üçüncü dəfə məğlub olublar. "Fulhem" turnir cədvəlində 18-cidir. "Kristal Pelas" isə Premyer Liqada ilk qələbəsini qazanaraq turnir cədvəlində 13-cü pilləyə yüksəlib.
Paralel matçlarda "Brayton" və "Lids" heç-heçə oynayıblar - 1:1, "Nottingem Forest" və "Tottenhem" bir-birlərinin qapısına yol tapa bilməyiblər - 0:0. "Brentford" və "Sanderlend" isə sülh bağlayıblar - 1:1.
18:06
“Nyukasl” İngiltərə Premyer Liqasının üçüncü turunda iki top fərqini aradan qaldıraraq “Bornmut”la heç-heçə edib.
İdman.Biz xəbər verir ki, “Sent-Ceyms Park” stadionunda keçirilən görüş 2:2 hesabı ilə başa çatıb.
“Bornmut” 9-cu dəqiqədə Markus Tavernyenin qolu ilə hesabı açıb. 35-ci dəqiqədə “Nyukasl”ın müdafiəçisi Malik Çau topu öz qapısına göndərərək fərqi iki topa çatdırıb.
Meydan sahibləri iki dəqiqə sonra hesabı azaldıblar. 37-ci dəqiqədə Harvi Barns fərqi minimuma endirib. Görüşün 88-ci dəqiqəsində Ceykob Remzi “Nyukasl”a heç-heçə qazandırıb.
Beləliklə, “Nyukasl” mövsümdə xallarının sayını 5-ə çatdırıb. “Bornmut” isə üç turdan sonra 2 xal toplayıb.
