Sarayevodan 11 medalla

Xəbərlər
9 İyun 2024 17:57
233
Sarayevodan 11 medalla

Azərbaycanın veteran cüdoçuları Avropa çempionatında 11 medal qazanıblar.

İdman.biz xəbər verir ki, təmsilçilərimiz Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda keçirilən turnirdə bu uğura imza atıblar.

Millimiz Avropa çempionatının fərdi yarışlarında 3 qızıl və 8 bürünc medal əldə edib.

Qeyd edək ki, iyunun 6-9-da keçirilən çempionatda Azərbaycan cüdoçuları 8 yaş kateqoriyası üzrə 30 idmançı ilə təmsil olunub.

İdman.biz