Məktəbli cüdoçular ən güclüləri müəyyənləşdirəcək

Xəbərlər
8 İyun 2024 21:44
199
Məktəbli cüdoçular ən güclüləri müəyyənləşdirəcək

İyunun 9-10-da məktəblilərin cüdo üzrə Respublika çempionatı keçiriləcək.

Yarış Elm və Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyi və Azərbaycan Cüdo Federasiyasının (ACF) birgə təşkilatçılığı ilə baş tutacaq.
Respublika çempionatında ölkənin müxtəlif regionlarından, Sumqayıt və Bakı şəhərindən 123 müxtəlif klub, cəmiyyət və idman təşkilatından olan 400-dən çox cüdoçu medallar uğrunda mübarizə aparacaq. Qaliblər 20 çəki dərəcəsində 13 yaşa qədər qızlar və oğlanlar arasında bəlli olacaq.

Qeyd edək ki, yarışa seçim məqsədi ilə Göyçay, Beyləqan, Şirvan, Astara, Göygöl, Şəki, Bakı, Sumqayıt, Qazax, İsmayıllı, Ağcabədi və Xaçmazda keçirilən turnirlərdə ümumilikdə 1200-dən çox cüdoçu iştirak edib.

İdman.biz