Bakıda keçirilən cüdo üzrə dünya çempionatı davam edir.
İdman.Biz xəbər verir ki, 66 kq çəki dərəcəsində mübarizə aparan Azərbaycan cüdoçularından Nizami İmranov 1/32 finalda gürcüstanlı Vaja Marqvelaşviliyə qalib gəlib.
Eyni çəkidə yer alan digər təmsilçimiz Turan Bayramov isə 1/32 finalda finlandiyalı Luukas Sahaya məğlub olub.
Qeyd edək, dünya çempionatına oktyabrın 11-də yekun vurulacaq.
09:28
Bakıda keçirilən cüdo üzrə dünya çempionatı bu gün davam edəcək.
İdman.Biz xəbər verir ki, yarışın ikinci günündə qadınlar arasında 52 kq, kişilərdə isə 66 kq çəki dərəcəsində qaliblər müəyyənləşəcək.
Azərbaycan millisinin dörd üzvü tatamiyə çıxacaq.
Qadınların 52 kq çəki dərəcəsində Gültac Məmmədəliyeva 1/16 finalda İsrail təmsilçisi Gefen Primo ilə qarşılaşacaq.
Kişilərin 66 kq çəki dərəcəsində Turan Bayramov 1/32 finalda finlandiyalı Luukas Saha ilə üz-üzə gələcək.
Nizami İmranov eyni mərhələdə gürcüstanlı Vaja Marqvelaşvili ilə qarşılaşacaq.
Ruslan Paşayev isə 1/16 finalda Türkmənistan təmsilçisi Serdar Rahimov - İspaniya cüdoçusu Adrian Nieto Çinarro cütünün qalibi ilə görüşəcək.
İlkin mərhələnin Bakı vaxtı ilə saat 10:00-da, final blokunun isə 18:00-da başlanması nəzərdə tutulub.
Qeyd edək ki, dünya çempionatının ilk yarış günündə Azərbaycan millisinin üzvü Əhməd Yusifov (60 kq) qızıl medal qazanaraq dünya çempionu olub.
