Kotsoyev reytinq cədvəlinin zirvəsində Heydərova qoşulub

Xəbərlər
27 May 2024 16:44
233
Kotsoyev reytinq cədvəlinin zirvəsində Heydərova qoşulub

Beynəlxalq Cüdo Federasiyası (İJF) BƏƏ-nin paytaxtı Abu-Dabidə keçirilən dünya çempionatının nəticələrinin də əks olunduğu reytinq siyahısını açıqlayıb.

İdman.biz xəbər verir ki, Azərbaycan cüdoçuları öz mövqelərini möhkəmlədiblər.

Dünya çempionu titulunu qazanan Hidayət Heydərov (73 kq) və Zelim Kotsoyev (100 kq) öz çəkilərində 1-ci yerdə qərarlaşıblar. 60 kq çəkidə çıxış edən Balabəy Ağayev 7-ci, Turan Bayramov 12-cidir.

Zelim Tçkayev (81 kq) 6-cı, Yaşar Nəcəfov (66 kq) 10-cu pillədə yer alıb. 90 kq çəkidə Murad Fətiyev 13-cü, Elcan Hacıyev 18-cidir. Uşanqi Kokauri (+100 kq) 17-ci sıradadır.

Qadın cüdoçularımızdan Leyla Əliyeva (48 kq) 24-cüdür. Gültac Məmmədəliyeva (52 kq) 19-cu pillədə qərarlaşıb.

İdman.biz

Məqalədə: