Cüdoçularımız Koimbra Avropa kubokunu 5 medalla bitirib - FOTO

Xəbərlər
27 May 2024 09:40
126
Cüdoçularımız Koimbra Avropa kubokunu 5 medalla bitirib - FOTO

Portuqaliyanın Koimbra şəhərində keçirilən yeniyetmələr arasında Avropa kuboku başa çatıb.

İdman.biz xəbər verir ki, Azərbaycan cüdoçuları turniri 3 gümüş və 2 bürünc medalla başa vurub.

Yarışın ikinci günündə Hüseyn Eyvazlı (90 kq) gümüş, Aytən Verdiyeva (57 kq) bürünc medal qazanıb.

Nəticədə Azərbaycan yığması yarışda medal əyarına görə ümumi hesabda 6-cı, oğlanlar arasında 4-cü yeri, qızlar arasında isə 7-ci yeri tutub.

Qeyd edək ki, cüdoçularımız turnirin ilk günündə 2 gümüş və 1 bürünc medal qazanıb.

İdman.biz

Məqalədə: