Millimiz 4-cü pillədə

Xəbərlər
23 May 2024 20:16
742
Millimiz 4-cü pillədə

Cüdo üzrə Azərbaycan yığması BƏƏ-də təşkil olunan dünya çempionatında 2-ci qızıl medalı qazanıb.

İdman.biz xəbər verir ki, ölkəmiz komanda hesabında 4-cü pilləyə yüksəlib.

Mundialda millimizin heyətində Hidayət Heydərov (73 kq) və Zelim Kotsiyev (100 kq) fəxri kürsünün ən yüksək pilləsində yer alıb. Yığmamız bu nəticə ilə Yaponiya (3-2-4), Gürcüstan (2-1-1) və Cənubi Koreyadan (2-0-3) geri qalır.

Qeyd edək ki, dünya çempionatı bu gün sona çatıb.

İdman.biz