Dünya çempionatına 104 ölkə sifariş olunub

Xəbərlər
13 May 2024 16:38
128
Dünya çempionatına 104 ölkə sifariş olunub

Mayın 19-24-də BƏƏ-nin Abu-Dabi şəhərində keçiriləcək cüdo üzrə dünya çempionatına 104 ölkədən 638 cüdoçu sifariş olunub.

İdman.biz xəbər verir ki, bəzi yığmalar yekun siyahısını Astanadakı “Böyük Dəbilqə”dən sonra göndərəcəyindən idmançıların say tərkibi daha da artacaq.

Azərbaycan millisi də hələ heyətini göndərməyən komandalar sırasındadır. 104 ölkə arasında Yaponiya, Cənubi Koreya, Monqolustan və Özbəkistan daha çox – 18 cüdoçu sifariş edib.

Qeyd edək ki, Olimpiya lisenziyalı yarışlara dünya çempionatı ilə yekun vurulacaq.

İdman.biz

Məqalədə: