Düşənbədə 7-ci yer

Xəbərlər
3 May 2024 14:22
197
Düşənbədə 7-ci yer

Tacikistanın paytaxtı Düşənbədə cüdo üzrə “Böyük dəbilqə” turnirinə start verilib.

İdman.biz xəbər verir ki, yarışa 5 cüdoçu ilə qatılan qadınlardan ibarət Azərbaycan millisinin təmsilçiləri də tatamı üzərinə çıxıblar.

İdmançılarımız arasında ən yaxşı nəticəni Gültac Məmmədəliyeva göstərib. O, Düşənbədə 7-ci olub.

48 kq
Leyla Əliyeva Asmita Deiyə (Hindistan) qalib gəlsə də, ikinci mərhələdə Katarina Koştaya (Portuqaliya) uduzub.

52 kq
Gültac Məmmədəliyeva Amber Rixeli (Belçika) məğlub etdikdən sonra 1/4 finalda neytral statusda çıxış edən Qlafira Borisova uduzub. Təsəlliverici görüşdə Sofiya Asvestaya (Kipr) məğlub olan cüdoçumuz 7-ci yerlə kifayətlənib.

Aydan Vəliyeva isə ilk mərhələdə Lea Metroya (Fransa) məğlub olub.

57 kq
Açelya Toprak startda Maysa Pardayeva (Türkmənistan) səddini keçə bilməyib. Fidan Əlizadə isə Qi Çaiyə (Çin) uduzub.

İdman.biz

Məqalədə: