Azərbaycanın 5 cüdoçusu Düşənbə Böyük Dəbilqəsində

Xəbərlər
1 May 2024 19:19
Azərbaycanın 5 cüdoçusu Düşənbə Böyük Dəbilqəsində

Qadın cüdoçulardan ibarət Azərbaycan yığması Düşənbə Böyük Dəbilqəsində iştirak edəcək.

İdman.biz xəbər verir ki, millimiz mayın 3-5-də Tacikistanın paytaxtı Düşənbədə keçiriləcək turnirdə 5 idmançı ilə təmsil olunacaq.

Yığmanın baş məşqçisi Rəşad Məmmədovun rəhbərliyi altında cüdoçularımız 3 çəki dərəsində yarışacaqlar.

Qeyd edək ki, 3 gün davam edəcək turnirdə 71 ölkədən 421 idmançı medallar uğrunda mübarizə aparacaq.

48 kq
Leyla Əliyeva

52 kq
Gültac Məmmədəliyeva
Aydan Vəliyeva

57 kq
Acelya Toprak
Fidan Əlizadə

İdman.biz