Azərbaycan paracüdo millisi Niderlandın Rotterdam şəhərində keçirilən Avropa paralimpiya çempionatında 5-ci medalını qazanıb.
Milli Paralimpiya Komitəsindən İdman.biz-a verilən məlumata görə, qadın cüdoçu Xatirə İsmiyeva da fərxi kürsüyə qalxıb.
O, +70 kq çəki dərəcəsində bürünc medala yiyələnib.
Qeyd edək ki, daha əvvəl Şəhanə Hacıyeva (48 kq) və Xanım Hüseynova (70 kq) Avropa çempionu olublar, Dürsədəf Kərimova (+70 kq) ilə Namiq Abaslı (73 kq) gümüş medal qazanıblar.
İdman.biz