Bakıda keçiriləcək dünya çempionatının yarış proqramı açıqlanıb

23 Sentyabr 2026 15:09
90
Bakıda keçiriləcək dünya çempionatının yarış proqramı açıqlanıb

Bakıda keçiriləcək cüdo üzrə 2026-cı il dünya çempionatının yarış proqramı müəyyənləşib.

İdman.Biz xəbər verir ki, 4-11 oktyabrda Bakıda təşkil olunacaq mundialda ilk yeddi gün fərdi çəki dərəcələri üzrə qaliblər müəyyənləşəcək.

Turnirə 4 oktyabrda qadınların 48 kq və kişilərin 60 kq çəki dərəcələri ilə start veriləcək. Yarışlar saat 11:00-da, final mərhələsi isə 18:00-da başlayacaq.

5 oktyabrda qadınların 52 kq və kişilərin 66 kq, 6 oktyabrda qadınların 57 kq və kişilərin 73 kq, 7 oktyabrda isə qadınların 63 kq və kişilərin 81 kq çəkilərində mübarizə keçiriləcək.

8 oktyabr qadınların 70 kq və kişilərin 90 kq, 9 oktyabr qadınların 78 kq və kişilərin 100 kq, 10 oktyabr isə qadınların +78 kq və kişilərin +100 kq çəki dərəcələrinə ayrılıb.

Fərdi yarışların bütün günlərində görüşlər saat 11:00-da, final mərhələsi isə 18:00-da start götürəcək. Çempionatın rəsmi açılış mərasimi 5 oktyabr saat 16:30-da keçiriləcək.

Mundiala 11 oktyabrda qarışıq komanda yarışları ilə yekun vurulacaq. Həmin gün qarşılaşmalar saat 10:00-da, final mərhələsi isə 18:00-da başlayacaq.

İdman.Biz