“Bakıdakı dünya çempionatında ən böyük ümidim Hidayət Heydərovdur” - Coşqun Abdullayevin İDMAN.BİZ-ə AÇIQLAMASI - FOTO

22 Sentyabr 2026 15:38
50
“Bakıdakı dünya çempionatında ən böyük ümidim Hidayət Heydərovdur” - Coşqun Abdullayevin İDMAN.BİZ-ə AÇIQLAMASI

“Dünya çempionatı mənim üçün yaxşı keçdi. Düzdür, yarış çox çətin idi, amma sona qədər mübarizə apararaq bürünc medala sahib oldum”.

Bunu İdman.Biz-ə Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda keçirilən veteran cüdoçular arasında dünya çempionatında bürünc medal qazanan Coşqun Abdullayev (-90 kq) deyib.

İdmançı artıq indidən növbəti dünya birinciliyində iştirak etməyi düşünür. Abdullayevin sözlərinə görə, digər yarışlarda da uğur qazanmağa davam etmək üçün ona motivasiya verən əsas amil tələbələridir: “Onlarla məşq etmək, onları yarışlara hazırlamaq həm də onlar üçün böyük stimuldur”.

Coşqun Abdullayev hazırkı cüdoçular nəsli və Bakıda keçiriləcək dünya çempionatı ilə bağlı fikirlərini də bölüşüb:

“Əvvəlki illərlə müqayisədə görüşlər həm texniki, həm də sürət baxımından daha çətin və gərgin mübarizə şəraitində keçir. Bakıdakı dünya çempionatında ilk növbədə bütün milli komandamıza uğurlar arzulayıram. Yarışa bütün heyət yaxşı hazırlaşıb və yüksək formadadır. Amma ən böyük ümidim Hidayət Heydərovdur”.

İdman.Biz