Elcan Hacıyev: "Həmişə Avropa çempionluğu arzusunda olmuşam”

Müsahibə
28 Aprel 2024 11:01
636
Elcan Hacıyev: "Həmişə Avropa çempionluğu arzusunda olmuşam”

“Bu, həqiqətən çox gözəl hissdir. Qələbəmi necə izah edəcəyimi bilmirəm, amma gülməyimi də saxlaya bilmirəm."

İdman.biz xəbər verir ki, bunu Avropa çempionu Elcan Hacıyev (90 kq) Zaqrebdəki qələbəsindən sonra deyib.

Azərbaycanlı cüdoçu bildirib ki, əvvəldən də finala vəsiqə qazanacağına inanıb: “Sistemli şəkildə mərhələ adlamaq, rəqibləri məğlub etmək və ilkin döyüşləri uğurla keçmək istəyirdim. Bu, asan deyildi, amma həmişə Avropa çempionluğu arzusunda olmuşam”.

Döyüşlərini şərh edən idmançı ən çətin döyüşünün startda xorvatiyalı Yosip Buliçlə keçdiyini deyib: “Bu, adətən, bədən rəqabət ritminə girdiyi üçün baş verir. Buna görə də, ilk görüş bir adaptasiya prosesidir. Amma ilk qarşılaşmadan sonra açılmağa başladım”.

O, gürcüstanlı olimpiya çempionu Laşa Bekauri üzərində qələbənin sirrini də açıqlayıb: “Tbilisidə keçirilən “Böyük Dəbilqə”nin finalında onunla döyüşdüm və orada məğlub oldum. O vaxt ayaq barmağım əzilmişdi və revanş görüşü istəyirdim. Bu reallaşdı və ona qarşı inamlı taktika sayəsində qalib gəldim”.

O, 90 kq-a keçməsini də düzgün addım adlandırıb: “Çox çəki atmalıydım. 81 kq çəki dərəcəsində yarışdığım zaman ən yaxşı günümdə belə təxminən gücümün 70 faizini istifadə edə bilirdim. Böyük arzuların və güclü komandan olanda hər şey mümkündür, o cümlədən çəki dəyişmək və Avropa çempionu olmaq. Arzum hər üç titul qazanmaqdır. Hələ gəncəm və indi 90 kq-a qədər çəki dərəcəsində var gücümdən istifadə edə bilirəm. Düşünürəm ki, bu çəki mənim üçün ən yaxşısıdır”.

İdman.biz