Elcan Hacıyev Avropa çempion olub

Xəbərlər
27 Aprel 2024 20:09
Elcan Hacıyev Avropa çempion olub

Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən cüdo üzrə Avropa çempionatı davam edir.

İdman.biz xəbər verir ki, yarışın üçüncü günündə Azərbaycan millisinin 3 cüdoçusu tatamiyə çıxıb.

Onların hər biri medal şansını qoruyur.

Kişilər

90 kq

Elcan Hacıyev Yosip Buliç (Xorvatiya) və Tristani Mosaxlişvili (İspaniya) məğlub edərək, 1/4 finala yüksəlib. O, bu mərhələdə Laşa Bekauri (Gürcüstan) ilə üz-üzə gəlib və mərhələ adlayıb. Hacıyev yarımfinalda da qarşısıalınmaz olub. Cüdoçumuz Aleks Kreta (Rumıniya) üzərində qələbə sayəsində finala vəsiqə qazanıb. Elcan çempionluq üçün Kristian Totla (Macarıstan) qüvvəsini sınayıb. İnamlı qələbə qazanan 21 yaşlı cüdoçu karyerasının ən yüksək nəticəsinə imza atıb.

Murad Fətiyev ilk görüşündə Yamal Petqrave (Böyük Britaniya) ilə qarşılaşıb və qalib gəlib. Yığma üzvü ardınca Giorgi Jabniaşvilidən də (Gürcüstan) güclü olub. Fətiyev 1/4 finalda Aleksis Matye (Fransa) səddini keçsə də, yarımfinalda Kristian Tota (Macarıstan) uduzub. O, bürünc medal uğrunda Laşa Bekauriyə (Gürcüstan) uduzub.

100 kq
Zelim Kotsoyevin startda Adnan Xankanı (BCF Qaçqınlar Komandası) məğlub edib. O, ardınca Simeon Katarinadan (Niderland) güclü olub. Kotsoyev 1/4 finalda Cennaro Pirelli (İtaliya) ilə görüşü də aktivinə yazıb. Təəssüf ki, cüdoçumuz yarımfinalda Matvey Kanikovskiyə (AİN) uduzub. Zelim 3-cü yer uğrunda görüşdə Mixael Korrellə (Niderland) məğlub olub.

Qeyd edək ki, çempionatın ilk iki günündə Azərbaycan cüdoçuları iki medal qazanıblar. Hidayət Heydərov (73 kq) 4-cü dəfə Avropa çempionu olub, Balabəy Ağayev (60 kq) gümüş mükafata yiyələnib.

İdman.biz

Məqalədə: