Yaponiya Bakıya on cüdoçu göndərəcək

Xəbərlər
11 Sentyabr 2023 16:18
84
Yaponiya Bakıya on cüdoçu göndərəcək

Yaponiyanın cüdo yığması Bakıya gələcək.

İdman.biz-in məlumatına görə, Ümum Yaponiya Federasiyası sentyabrın 22-24-də Milli Gimnastika Arenasında keçiriləcək Böyük Dəbilqə turnirinin Təşkilat Komitəsinə ərizə göndərib.

Heyətin tərkibində 10 idmançı var, onların arasında ən titullu üçqat dünya çempionu Sara Asahinadır (+78 kq). Ondan başqa həm də 2018-ci ildə Bakıda keçirilən dünya çempionatının bürünc mükafatçısı Kenta Naqasava (81 kq) gələcək.

Qeyd edək ki, yaponlar ən güclü heyətlə gəlməyəcəklər, çünki bir çox top nömrələr sentyabrın 23-də Quançjouda başlayacaq Asiya Oyunlarına hazırlaşır.

Nicat Zəkiyev

İdman.biz